Dövlət Gömrük Komitəsi (DGK) 2020-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 2 milyard 955 milyon 235,3 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2019-cu ilin yanvar-sentyabr aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 3 milyard 250 milyon 115,34 min manat təşkil edib. Beləliklə, bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə köçürmələr 9,1% azalıb.
Bu dövrdə dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 2 milyard 83 milyon 381,9 min manat, aksizlər üzrə 103 milyon 347,7 min manat, yol vergisi üzrə 27 milyon 493,3 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 741 milyon 12,4 min manat məbləğində olub.
2020-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 3 milyard 830 milyon manat təşkil edir.*
Ə.Məmmədov