Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu gün Moskvaya işgüzar səfər edəcək. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Dünən Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan XİN başçılarını məsləhətləşmələr üçün Moskvaya dəvət edib.
“Bu ilin 8 oktyabr tarixində C.Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü keçirilib və görüşdə münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb”, - deyə məlumatda bildirilir.*
A.Əzizov