Rəsmi Ankara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinə qoşulub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Ermənistan Azərbaycana hücum etməzdən əvvəl də (27 sentyabr - İF) Rusiya danışıqlar təklif etmişdi. Bizim xarici işlər nazirimiz Cenevrədə səfərdə olub və bu gün Moskvada olacaq. ATƏT-in Minsk Qrupunun həmsədrləri fikirlərini bildirməlidirlər. Artıq Ankara da danışıqlar masasına oturub, Türkiyə iştirakçı ölkələrdən biridir. Bundan əlavə, bu ölkə Cənubi Qafqaza yaxın və Azərbaycan üçün qardaş ölkədir. Formatdan asılı olmayaraq, Türkiyə və Rusiyanın iştirakı bölgəyə təhlükəsizlik gətirəcək”, - deyə Hacıyev “Haber Global”a müsahibəsində bildirib.*
Ə.Məmmədov