Yelisey Sarayı bu gün Dağlıq Qarabağda tezliklə atəşkəsin ola biləcəyi barədə məlumat yayıb. Bu barədə Qərb mətbuatı xəbər verir.
"Respublika prezidenti dünən axşam yenidən Ermənistanın baş naziri Paşinyanla və bu gün səhər Azərbaycan Respublikasının prezidenti Əliyevlə danışıb. Vəziyyət hələ də qeyri-sabit olsa da, iş yaxın gələcəkdə atəşkəsə doğru gedir", - deyə məlumatda bildirilir.*