Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etməyə hazırdır. Bunu RF-nin baş naziri Mixail Mişustin deyib.
"Bütün hərbi əməliyyatların dərhal dayandırılmasını təmin etmək, münaqişənin diplomatik yolla həllinə başlamaq vacibdir. Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə buna kömək etməyə hazırdır", - deyə o, bu gün Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının iclasında çıxışı zamanı bildirib.*