Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutur. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Hazırda düşmən Bərdə və Ağdam rayonlarının ərazilərini intensiv atəşə tutur”, - deyə məlumatda bildirilir.
Bundan başqa, Mingəçevir şəhəri və Ağcabədi rayonunun əraziləri də intensiv atəşə tutulur.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun bölmələri mühüm istiqamətlərdə düşmənə atəş zərbələri endirərək onun xeyli sayda hərbi texnikasını məhv edib.
“Ordumuzun düşmənin hərbi hədəflərinə və hərbi texnikasına dəqiq zərbələri davam edir. Düşmən tərəfindən döyüş meydanında tərk edilən digər zirehli texnikaları isə bölmələrimiz tərəfindən tam işlək vəziyyətdə ələ keçirilib”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə