Azərbaycanda koronavirus infeksiyasına daha 215 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 41 min 519-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib, ölənlərin ümumi sayı 605 nəfərə çatıb.
Virusa yoluxmuş 39 min 129 nəfər (sutka ərzində +117) müalicə olunaraq sağalıb.
Hazırda 1 min 785 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5,124 min, hazırkı dövrədək isə 1 milyon 162 min 62 test aparılıb.*
B.Rüstəmbəyov