Azərbaycan Banklar Assosiasiyası (ABA) erməni hakerlərin Azərbaycan banklarının müştərilərinə hücum etməsi ilə bağlı bəyanat yayıb.
“Ermənistanın ölkəmizə qarşı təxribatları bank/maliyyə sektorundan da yan keçməyib. Ölkə banklarımızın müştərilərinə həmin bankın rəhbər şəxsi və ya əməkdaşı adından guya bankın serverinin erməni xakerlərinin hücumuna məruz qaldığı səbəbindən bu bankdan depozitin dərhal geri çəkilməsinə dair mesajlar, elektron məktublar göndərilir”, - deyə bəyanatda bildirilir.
Azərbaycan Banklar Assosiasiyası bank müştərilərindən bu məzmunda olan məlumatlara əhəmiyyət verməməyi, eləcə də tanımadıqları şəxslərdən gələn mesaj və zənglərə cavab verməməyi, məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlamağı xahiş edir.*
A.Əzizov