Dağlıq Qarabağda vəziyyət ciddi narahatlıq doğurur və dinc sakinlərin həyatına mənfi təsir göstərir. Bunu BMT-nin insan hüquqları üzrə ali komissarı Mişel Baçelet deyib.
"Gərginliyin artmasının dinc əhaliyə mənfi təsir etməsi səbəbindən atəş təcili olaraq dayandırılmalıdır", - deyə onun bu gün yaydığı bəyanatda bildirilir.
Baçelet son günlər yaşayış məntəqələrinin atəşə tutulmasından dərin narahatlığını bildirib.
"Mən münaqişənin bütün tərəflərinə dinc sakinlərin və mülki infrastrukturun qorunmasını təmin etmək üçün beynəlxalq humanitar hüquqa uyğun olaraq öhdəliklərinin yerinə yetirilməsinin vacibliyini xatırladıram", - deyə ali komissar qeyd edib.*