Ermənistan tərəfindən humanitar yardım adı altında mülki aviasiya vasitəsilə bu dövlətə aid təyyarələrlə oraya silahların daşınması həyata keçirilir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
“Bu məqsədlə Ermənistan hökumətinin qeydiyyatında olan təyyarələrdən və xarici ölkələrə səfər adı altında rəsmi səfərlərdən istifadə olunur”, - deyə məlumatda bildirilir.
Həmçinin Ermənistan Fövqəladə Hallar Nazirliyinin guya bu ölkəyə humanitar yardım gətirməsi adı altında bu kimi silah qaçaqmalçılığı həyata keçirilir. “Burada, xüsusilə raket sistemlərinin və digər silahların daşınması həyata keçirilir. Bu, 1944-cü ildə Çikaqoda qəbul edilmiş Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın pozulmasıdır. Bununla əlaqədar olaraq, məsələnin araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün tərəfimizdən Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət edilib”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova