Prezident İlham Əliyev Dağlıq Qarabağa sülhməramlıların gəlməsi ilə bağlı məsələnin müzakirəsini tez hesab edir.
“Sülhməramlılar ATƏT-in Minsk qrupu tərəfindən münaqişənin həlli üçün işlənib hazırlanmış əsas prinsiplərdə təmin edilən ünsürlərdən biridir və sülhməramlılarla bağlı bənd var. Lakin biz bu bəndə çatmamışıq ki, onu lazımi şəkildə müzakirə edək, çünki tezdir”, - deyə dövlət başçısı “Sky News” televiziya kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ilk olaraq əsas məsələ - işğal, ərazilərin boşaldılması həll edilməli və azərbaycanlılar oraya qayıdandan sonra əlbəttə ki, sülhməramlılar gəlməlidirlər. “Bu, razılaşma çərçivəsindədir. Əgər bu, hər iki tərəfdən imzalansa, onda hər iki tərəf bu sülhməramlıların kim olacağını seçəcək. Beləliklə, biz buna qarşı deyilik. Lakin biz faktiki olaraq bu bəndlə bağlı danışıqların aktiv fazasında deyilik”, – deyə İ.Əliyev əlavə edib.*
A.Əzizov