Azərbaycan və Ermənistan Moskvada saatlarla davam edən danışıqların yekunları üzrə 10 oktyabr saat 12:00-dan etibarən Qarabağda atəşin dayandırılması ilə bağlı razılığa gəlib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun danışıqların nəticələrinə əsasən açıqladığı birgə bəyanatda deyilir: 1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur; 2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq; 3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar; 4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.
Azərbaycan, Ermənistan və Rusiya XİN başçıları arasında danışıqlar 10 saatdan çox davam edib.*