Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutur. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının yaşayış məntəqələrini intensiv atəşə məruz qoyur”, - deyə məlumatda bildirilir.
Ordumuz tərəfindən düşmənə qarşı cavab tədbirləri görülür.*
Ə.Məmmədov