Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın yaşayış məntəqələrinin dronlardan vurulması barədə məlumatı təkzib edib və bunu düşmənin növbəti təxribatı hesab edir.
"Ermənistanın Qafan əyalətinin Yeritsvank və Artsvanik yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən dronlardan vurulması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı xəbər yalandır və məqsədyönlü şəkildə həyata keçirilən növbəti təxribatdır", - deyə nazirliyin açıqlamasında bildirilir.
"Növbəti dəfə bildiririk ki, Azərbaycan Ordusu tərəfindən Ermənistan ərazisində yerləşən heç bir obyektə atəş açılmayıb və açılmır”, - deyə açıqlamada qeyd olunur.*
Ə.Məmmədov