Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığı aparıb. Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.
"Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Vladimir Putin iranlı həmkarına Rusiyanın vasitəçiliyi ilə regionda gərginliyin aradan qaldırılmasına yönəlmiş səylər barədə ətraflı məlumat verib", - deyə məlumatda bildirilir.
"İran prezidenti Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında baş tutmuş üçtərəfli məsləhətləşmələrin nəticələrinə əsasən humanitar məqsədlərlə atəşkəsin elan olunması, o cümlədən münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlanılması ilə bağlı əldə edilmiş razılaşmaya dəstək ifadə edib", - deyə məlumatda qeyd olunur.*