Azərbaycanda koronavirus infeksiyasına daha 233 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 41 min 752-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib, ölənlərin ümumi sayı 608 nəfərə çatıb.
Virusa yoluxmuş 39 min 235 nəfər (sutka ərzində +106) müalicə olunaraq sağalıb.
Hazırda 1 min 909 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7,594 min, hazırkı dövrədək isə 1 milyon 169 min 656 test aparılıb.*
Ə.Məmmədov