Almaniya hökuməti Dağlıq Qarabağda humanitar atəşkəslə bağlı Moskvada əldə edilmiş razılaşmanı alqışlayır. Bunu Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi deyib.
"Federal hökumət Moskvada Ermənistan və Azərbaycan arasında humanitar atəşkəsə dair əldə edilmiş razılaşmanı alqışlayır və hər iki tərəfi bu razılaşmaya hörmət etməyə çağırır", - deyə o, bu gün bildirib.
Berlin hər iki tərəfi münaqişənin sülh yolu ilə uzunmüddətli həlli istiqamətində fəal şəkildə işləməyə çağırır.*