Ermənistan ərazisindən Azərbaycanın Mingəçevir şəhərinə NATO kod adı “Scud” olan ballistik raketi buraxılıb. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.
“Hava hücumundan müdafiə qüvvələrimiz S-300-lə raketi məhv edib. Ermənistanın dövlət terroruna son qoyulmalıdır”, - deyə H.Hacıyev qeyd edib.*
Ə.Məmmədov