Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Tərtər şəhərini artilleriya atəşinə tutur. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri oktyabrın 10-u saat 22.30-dan başlayaraq Tərtər şəhərini artilleriya atəşinə tutur”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə