Azərbaycan Müdafiə Nazirliyi Bakının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə məruz qalmasını barədə məlumatı təkzib edib.
“Düşmənin təxribat və dezinformasiya fəaliyyətləri davam edir. Sosial şəbəkələrdə Bakı şəhərinin atəşə məruz qalması barədə yayılan məlumatlar yalandır. Bu, düşmənin növbəti dezinformasiyasıdır”, - nazirliyin məlumatında qeyd olunur. **