Ermənistan silahlı qüvvələri 11 oktyabr tarixinə keçən gecə Mingəçevir şəhərinə raket zərbələri endirib. Bu barədə Baş Prokurorluqdanməlumat verilir.
“Düşmən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, raketlər Ordumuzun Hava Hücumundan Müdafiə (HHM) qüvvələri tərəfindən zərərsizləşdirilib.
Məlumata görə, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir. **
Ə.Məmmədov