Azərbaycan prezidenti İlham Əliyev qeyd edib ki, Azərbaycan Moskvada keçirilən danışıqlar zamanı Ermənistanın tam təslim olması üçün təkid etməyib.
“Biz münaqişənin daha çox siyasi yolla həllinə əsaslanmışıq. Uzun illər ərzində fəaliyyətimiz məhz buna yönəlib. Bu səbəbdən, dünən və bu gün gecə Moskvada keçirilən məsləhətləşmələr çərçivəsində onlardan masa ətrafında tam təslim olmağı tələb etməmişik”, - - İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibəsində deyib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Prezident qeyd edib ki, Paşinyanın rejiminin Ermənistanda bu vəziyyət olmadan belə necə zəif olduğunu çox yaxşı anlayır.
“Biz başa düşürük ki, Paşinyanın rejimi zox zəifdir. Daxili siyasi səbələrdən gərginlikdən əvvəl də zəif olub. İndi daha çox zəifdir. Mən bu gün Ermənistanda daha bir inqilab olması və azğın millətçilərin, radikalların, Azərbaycanafobların hakimiyyətə gəlməsinin Azərbaycanın maraqlarında olduğunu hesab etmirəm.Buna görə biz razılaşdırılan bəyanat çərçivəsində konkret tarixin qeyd olunmasında israr etmədik. Lakin bu, sözsüz ki, razılaşdırlıan qaydada Ermənistanın işğalçı qüvvələrinin bizim ərazilərimizdən çıxarılmasını nəzərdə tutur. Çünki bəyanatda substantiv danışıqlara istinad var, bu isə baza prinsipləri deməkdir, orada isə konkret olaraq beş rayonun nə zaman, daha sonra isə iki rayonun nə zaman azad olunması yazılıb” – Əliyev qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan “artıq sabah” danışıqlara başlamağa hazırdır, buna görə indi hər şey ATƏT-in Minsk qrupunun fəaliyyəti və onların iş qrafikindən asılıdır.
“Bizim tərəf dərhal başlamağa hazırdır. Yeri gəlmişkən, qeyd etməliyəm ki, bəyanatın mətni ilə əlaqədar Azərbaycan tərəfinin bütün istəkləri nəzərə alınıb. Bəyanatın əvvəlki variantı tam fərqli idi, dünən onu görəndə mən dedim ki, bu bizə uyğun deyil. Onu yükləmək, ağırlaşdırmaq və danışıqlar prosesinin son mərhələsində müəyyən ediləcək elementləri daxil etməyə çalışmaq lazım deyil. Bəyanatı maksimum dərəcədə sadələşdirmək lazımdır. Biz tezliklə niuzamlanmada maraqlıyıq, çünki nizamlanma vətəndaşlarımıza, ölkədaxilində köçürülmüşşəxslərə öz yurdlarına qayıtmağa imkan yaradacaq», - Əliyev bildirib. **
Ə.Məmmədov