Ermənistan rəhbərliyi başa düşməlidir ki, Azərbaycanla ultimatum, təhqir və şantaj dili ilə danışmaq olmaz. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Ermənistan rəhbərliyində nəhayət anlamalıdırlar ki, Azərbaycanla ultimatum, təhqir və şantaj dili ilə danışmaq olmaz. Mən ölkə daxilində, xüsusən xaricdə heç kimlə bu tonla danışmamışıam. Lakin Paşinyan bizim hamımıza ultimatum irəli sürəndə, Azərbaycanlıların hisslərini təhqir edəndə, buna görə cəzalandırılmalı idi və biz bunu etdik. Qoy Putinə təşəkkür etsin, Rusiya növbəti dəfə Ermənistanı xilas etdi”, - İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibəsində deyib. **
Ə.Məmmədov, A.Əzizov