Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, Türkiyə regionda, o xümlədən, Dağlıq Qarabağ münaqişəsinin həllində daha böyük rol oynamalıdır.
“Türkiyə dünyada və regionda sabitləşdirici rol oynayır. Gərginlik dövründə Türkiyə rəhbərliyi, şəxsən prezidentin və digər rəsmi şəxslərin çox aydın mövqeyi bu münaqişəyə üçüncü ölkələrin müdaxiləsinin qarşısını aldı, buna görə, hesab edirəm ki, Türkiyənin rolu yalnız müsbətdir və o regionda, o cümlədən münaqişənin həllində daha böyük rol oynamalıdır”, - İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibəsində deyib. **
A.Əzizov, Ə.Məmmədov