Azərbaycan və Rusiyanın qarşılıqlı əlaqələrin gələcək inkişafı üzrə planları var. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Bizim Rusiya ilə qarşılıqlı əlaqələrin gələcək inkişafı üzrə planlarımız var. İqtisadi və digər əməkdaşlığa dair 5 yol xəritəsi üzərində fəal işləyirik, siyasi sahədə də çox yaxşı məsələrə var”, - - İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibəsində deyib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Həmçinin, dövlət başçısı qeyd edib ki, Qarabağda döyüşlər zamanı Rusiya mediası tərəfindən Azərbaycana hücumlar Rusiyanın Azərbaycanda anlaşılmasına zərər vurur.
“Bu iki həftə ərzində Rusiyanın bəzi kanallarında azğın anti-Azərbaycan təbliğatı, saxtakarlıq, manipulyasiyalar, tok-şou iştirakçılarının tərkibində tarazlıq görmədiyimiz, Azərbaycan xalqı, Rusiyanın aparıcı kanallarında Azərbaycan prezidenti təhqir olunduğunu gördüyümüz zaman bu əlbəttə ki, Rusiyanın nüfuzunu artırmır. Bu, qeyd olunan dövr ərzində Rusiya mediasında üzləşdiyimiz informasiya hücumudur, hansı ki, əlbəttə ki, Rusiyanın ictimaiyyət tərəfindən anlaşılmasına böyük zərər vurdu”, - Əliyev qeyd edib. **
A.Əzizov, Ə.Məmmədov