Dağlıq Qarabağı tanımağı siyasətdən uzaq olan və beynəlxalq siyasət sahəsində heç bir biliyə malik olmayan şəxs tələb edə bilər. Azərbaycan prezidenti İlham Əliyev belə hesab edir.
“Dağlıq Qarabağı tanımağı siyasətdən uzaq olan və beynəlxalq siyasət sahəsində biliklərə malik olmayan şəxs tələb edə bilər. Görün hansı həddə çatıblar. Biz onları cəzalandırmalı idik, yerlərini göstərməli idik. Bizimlə bu cür danışmaq olmaz. Bu cəzasız qalmamalı idi və qalmadı. O, anaların gözlərinin yaşına görə, cəbhəyə göndərdikləri Ermənistanın günahsız və gənc vətəndaşlarının ölümünə görə cavab verəcək”, - Əliyev Rusiyanın RBK telekanalına müsahibəsində bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Onun sözlərinə görə, bu cür tələblərin irəli sürülməsi Ermənistan rəhbərliyinin tamamilə qeyri-adekvat olduğunu göstərir.
“Baxın, indi Paşinyan necə aciz vəziyyətdədir. Özünü alçaldır, Aİ ölkələrinin hökumətlərinin başçılarına zəng vurur, yalvarır. Nə tələb edir? Dağlıq Qarabağı tanımağı tələb edir. Yəni bu Ermənistan rəhbərliyinin tam qeyri-adekvat olduğunu göstərir. Çünki Azərbaycanla Aİ arasında saziş mövcuddur, onlardan biri iki il öncə paraflanıb və orada qeyd olunur ki, Aİ Azərbaycanın ərazi bütövülüyü, suverenliyi və sərhədlərin toxunulmazlığına hörmət edir. Bizim Aİ-nin 7 üzv ölkəsi ilə strateji təırəfdaşlığa dair sənədlərimiz var. Onlar hamısı Azərbaycanın ərazi bütövülüyünü tanıyır”, - dövlət başçısı qeyd edib. **
Ə.Məmmədov, A.Əzizov