Ermənistan silahlı qüvvələri “Toçka-U” taktiki raket kompleksindən Gəncə şəhərini atəşə tutub. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Gördüyünüz kimi, Ermənistan huimanitar atəşkəs üçün yalvarırdı. Lakin bu başlayan kimi, Ermənistan tərəfi Gəncə şəhərini “Toçka-U” taktiki raket kompleksindən atəşə tutub”, - Hacıyev bazar günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, raket zərbəsi nəticəsində 9 nəfərə həlak olub, 30-dan artıq şəxs yaralanılb.
“Ermənistanın bu hərəkətləri vandallıqdır. Biz bütün beynəlxalq təşkilatların Ermənistanın bu hərəkətlərini pisləyəcəklərinə ümid edirik. O cümlədən, hesab edirik ki, bu, Qarabağda atəşkəsin tətbiqi ilə əlaqədar Rusiyanın hərəkətlərinə hörmətsizlikdir”, - o əlavə edib. **