Gəncə şəhərinə endirilən raket zərbələri Ermənistan rəhbərliyinin hərbi-siyasi təxribatıdır. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Biz Gəncəyə endirilən raket zərbəsini terror aktı, hərbi cinayət, Azərbaycan xalqına qarşı soyqırım kimi qiymətləndiririk. Bu, Ermənistan rəhbərliyinin hərbi-siyasi təxribatıdır”, - Hacıyev bu gün Gəncədə keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu təxribatın hərbi məqsədi Azərbayacn xalqını qorxutmaq, paniya yaymaqdır, “lakin onlar buna nail ola bilməyəcəklər”.
“Siyasi məqsəd ondan ibarət olub ki, Azərbaycan Ermənistanda obyektlərə cavab zərbəsi endirəcək və beləliklə, Ermənistan münaqişəyə üçüncü ölkələri cəlb etmək üçün bəhanə əldə edəcək”, - Hacıyev qeyd edib.
O, ATƏT-in Minsk qrupu və beynəlxalq ictimaiyyəti Gəncənin atəşə tutulmasına qiymət verməyə çağırıb. “Şəhərin dinc sakinlərinə raket zərbələrinin endirilməsi Azərbaycanın necə terrorçularla və cinayətkarlarla qarşıdurmada olduğunu hır kəsə nümayiş etdirir”, - Hacıyev əlavə edib.
Prezidentin köməkçisi vurğulaylb ki, Azərbaycan Hava Hücumundan Müdafiə sistemləri Ermənistan tərəfindən buraxılan raketlərin əksəriyyətini zərərsizləşdirib, lakin “əfsuslar olsun ki, onlardan biri şəhərin sıx məskunlaşmış rayinuna düşüb”.
Öz növbəsində, Azərbaycanın Baş prokuroru Kamran Əliyev bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması ilə bağlı terror aktının törədilməsi və hərbi cinayət daxil olmaqla, Cinayət Məcəlləsinin müvaiq maddələri ilə cinayət işi başlanıb. **
N.Abbasova