Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib. Bu barədə bazar günü Türkiyənin TRT Haber telekanalı məlumat verir.
Qeyd olunur ki, söhbət zamanı Çavuşoğlu Dağlıq Qarabağda əldə olunan atəşkəs rejiminə Ermənistan tərəfinin riayət etməsi üçün Moskvanı İrəvana təsir etməyə çağırıb. **