Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək NümayəndəsiJozep BorrelAİ adından bəyanatda 10 oktyabr tarixli Ermənistanla Azərbaycan arasında humanitar məqsədli atəşkəs haqqında sazişi alqışlayıb.
“Aİ tərəfləri bu sazişə riayət etməyə və xarici tərəflər də daxil olmaqla, bütün iştirakçıları yeni qurbanlara səbəb olacaq istənilən hərəkətlərdən çəkinməyə çağırır. Bununla əlaqədar, davam edən hərbi əməliyyatlar, həmçinin mülki obyektlərə qarşı, o xümlədən, mülki əhali arasında qurbanlar barədə məluimatları böyük narahatlıqla qeyd edirik və təkidlə tərəfləri yerlərdə sazişin tam riayət olunmasına çağırırıq”, - bazar günü Brüsseldə yayılan sənəddə deyilir.
Bu bəyanatda Aİ tərəfləri “ilkin şərtsiz, əsas razılaşdırılmış prinsiplər əsasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında dərhal konkret danışıqlara başlamağa” çağırır. **