Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir və heç bir aktiv döyüş fəaliyyəti həyata keçirmir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun Hadruta daxil olmaq məqsədilə bu istiqamətdə xeyli sayda qüvvə cəmləşdirməsi və gərgin döyüşlərin getməsi barədə yaydığı məlumat növbəti dezinformasiyadır.
“Hadrut artıq bir neçə gün bundan əvvəl Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub”, - deyə məlumatda vurğulanır.*
X.Nəsirzadə