İran Ermənistan və Azərbaycan arasında danışıqların təşkilinə kömək etməyə hazırdır. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.
"İran hər iki tərəfi beynəlxalq hüquq normaları çərçivəsində danışıqları bərpa etməyə çağırır və bölgədə dayanıqlı sülhə nail olmaq üçün danışıqlar prosesinin təşkilində yardım etməyə hazırdır”, - deyə diplomat qeyd edib.
O, humanitar atəşkəsin pozulmasına görə təəssüfləndiyini bildirib və tərəfləri təmkinli olmağa çağırıb.
“İran şəhərlərin həyati infrastrukturuna və yaşayış yerlərinə raket hücumlarını və mülki şəxslərin öldürülməsini pisləyir”, - deyə Xətibzadə bildirib.*