Azərbaycanda koronavirus infeksiyasına daha 122 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 42 min 104-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən müddət ərzində koronavirusdan ölüm halı qeydə alınmayıb.
Virusa yoluxmuş 39 min 404 nəfər (sutka ərzində +47) müalicə olunaraq sağalıb.
Hazırda 2 min 91 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3,551 min, hazırkı dövrədək isə 1 milyon 180 min 271 test aparılıb.*
B.Rüstəmbəyov