Dağlıq Qarabağda atəşkəslə bağlı dəqiqləşdirmə mexanizmlərinin işlənib hazırlanması üzərində iş gedir, bu mexanizmlərin yaradılmasını uzatmaq olmaz. Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminə əməl olunmasına nəzarət olduqca vacibdir. Dəqiqləşdirmə mexanizmlərinin işlənib hazırlanmasını uzatmaq olmaz. Rusiya Federasiyası bu işdə iştirak edir, həmsədrlər köməklik göstərir. Təmasda olduğumuz Beynəlxalq Qırmızı Xaç Komitəsi də vəziyyət sabitləşən kimi bu işə qoşulmağa hazırdır”, - deyə o, bu gün mətbuat konfransında jurnalistlərə bildirib.*