ATƏT-in Minsk qrupunun həmsədrləri Moskvadadır və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşəcəklər. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada erməni həmkarı ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında məlumat verib.
Lavrov qeyd edib ki, həmsədrlər ötən cümə axşamı Cenevrədə Azərbaycanın xarici işlər naziri ilə təmasda olublar.*