Baş Prokurorluq Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində daha bir mülki şəxsin ölməsi barədə məlumat yayıb.
“Yaralı şəxslərdən biri 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı oktyabrın 12-də müalicə olunduğu xəstəxanada vəfat edib”, - deyə məlumatda bildirilir.
Bununla da ölənlərin sayı 10 nəfərə çatıb, yaralıların sayı isə 30 nəfərdən çoxdur.
Təhsil Nazirliyindən verilən məlumata görə, yaralananlardan 10 nəfəri məktəblidir.*