Maliyyə Nazirliyi 2020-ci ildə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) kapitalında payını 95,59%-ə qədər artırıb. Bu barədə bankın 2020-ci ilin birinci yarısına dair birləşdirilmiş hesabatında deyilir. Hesabat ABB-nin saytında dərc olunub.
2019-cu ilin sonuna ABB-nin kapitalında Maliyyə Nazirliyinin payı 91,4% təşkil edib.
Hesabata əsasən, hesabat dövründə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin səhmdar kapitalı 1 milyard 241,287 milyon manat səviyyəsində qalıb.
30 iyun 2020-ci il tarixinə ABB-nin kapitalında "Aqrarkredit" QSC-nin payı 0,14% (2019-cu ilin sonuna 0,13%), Əmlak Məsələləri Dövlət Xidmətinin payı 3,93% (3,76%), digər səhmdarların payı 0,34% (4,71%) təşkil edir.
Beləliklə, ABB-nin kapitalında dövlətin ümumi payı 99,66%-ə (əvvəllər 95,29%) çatıb.
"Azərbaycan Beynəlxalq Bankı" ASC 1992-ci ildə yaradılıb.*
Ə.Məmmədov