Fransanın xarici işlər naziri Avropa İttifaqı Şurasının Lüksemburqda keçirilən iclasında ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması və danışıqların bərpa edilməsi istiqamətində səyləri barədə məlumat verib. Bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell deyib.
“Biz 10 oktyabrda razılaşdırılmış atəşkəsə riayət edilməsi üçün necə kömək edə biləcəyimizi müzakirə etdik. Nazirlər, həmçinin vurğulayıblar ki, bütün regional oyunçular silahlı qarşıdurmanın dayandırılmasına və sülhə töhfə verməlidirlər”, - deyə C.Borrell bu gün mətbuat konfransında bildirib.*