“Azərlotereya”lotereya biletlərinin satışının təşkili üçün açıq tender elan edir. Bu barədə şirkətin elanında deyilir.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.
İştirak haqqı 300 manatdır.
Əlaqələndirici şəxs: Rüfət Abbasovdur. Telefon: 012 514 47 01/02.
Tender üzrə təkliflərin qəbulu 25 noyabr 2020-ci ilədək aparılacaq. Tender proseduru noyabrın 26-da baş tutacaq.
“Azərlotereya” ASC Azərbaycan prezidentinin fərmanı ilə 2001-ci il noyabrın 23-də İqtisadiyyat Nazirliyi tərəfindən təsis edilib. “Azərlotereya” ölkənin lotereya bazarında inhisarçıdır.**
B.Rüstəmbəyov