“Azərenerji” ASC avtonəqliyyat vasitələrinin tədarükçüsünü seçir. Bu barədə ASC-nin elanlında deyilir.
ASC 4 ədəd yeni pikap və 2 ədəd yeni yüksək keçicilik qabiliyyəti olan yük-sərnişin avtomobillərin satın alınması üzrə açıq tender elan edir.
Tenderdə iştirak haqqı - 500 manatdır. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Əlaqələndirici şəxs: Elçin İsmayılov, telefon: (012)-598-26-96; 490-09-27; 598-05-56.
Şirkətərdən tender sənədləri 3 noyabr saat 09:00-dək qəbul olunur. Tender proseduru 12 noyabr saat 09:00-da baş tutacaq. **
N.Abbasova