2020-ci ilin yanvar-sentyabr aylarında Hesablama Palatasının saxlanması xərcləri 5 milyon 228 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Palatadan məlumat verilib.
2020-ci il üçün Hesablama Palatasının saxlanması məqsədilə xərclər smetası 8 milyon 916,223 min manat səviyyəsində təsdiqlənib. Beləliklə, hesabat dövründə vəsaitlərin 58,6%-i istifadə olunub.
Yanvar-sentyabr aylarında vəsaitlərin əsas həcmi – 3,559 milyon manat və ya 3 rüb ərzində Palatanın bütün xərclərinin 62,8%-i Hesablama Palatası işçilərinin əmək haqlarının ödənilməsinə yönəldilib.
Bundan başqa, hesabat dövründə Dövlət Sosial Müdafiə Fonduna ayırmalar 881,128 min manat, əmək haqqının ödənilməsi ilə bağlı xərclər 438,389 min manat, ölkədaxili ezamiyyət xərcləri 9,281 min manat, xaricə ezamiyyət xərcləri 3,024 min manat təşkil edib.
Qalan xərclər digər məqsədlərə yönəldilib.**
B.Rüstəmbəyov