Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill çərşənbə axşamı bəyanatla çıxış edərək Dağlıq Qarabağda atəşkəs rejiminin uzadılmasına çağırıb.
“Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçıları səviyyəsində əldə olunan razılaşmaları çox vacib hesab edirəm. İki qonşu xalqın gələcəyi naminə atəşkəs rejiminin uzadılmasına və bunu sülh danışıqları üçün istifadə etməyə çağırıram”, - Rusiya Pravoslav Kilsəsinin saytında dərc olunan bəyanatda qeyd edilir.
O, katolikos II Qareqin və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə ayrıca müraciət edib.
“Bu gün hər bizirimiz və hamımız birgə qan tökülməsini dayandırmaq üçün əlimizdən gələni etməliyik”, - Patriarxın bəyanatında deyilir. **