Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 13-də Gəncə şəhərinə səfər edib. Bu barədə nazirlikdən məlumat verilir.
Məlumata əsasən, səfər zamnaı nazir Ermənistan ordusunun humanitar atəşkəs rejimini kobudcasına pozaraq raket zərbələri endirdiyi ərazilərə baxış keçirib, hərbi cinayət nəticəsində dağılmış mülki obyektlər və yaşayış binalarının vəziyyəti ilə tanış olub.
“Ermənitanın təcavüzü nəticəsində dağılmış mülki obyektlər və yaşayış binaları bərpa olunacaq. Onların hamısı yenidən sökülüb tikiləcək. Gəncə camaatının bununla bağlı heç bir narahatlığı olmasın”, - Heydərov bu gün jurnalistlərə bildirib. **
X.Nəsirzadə