Çərşənbə axşamı ATƏT-in Minsk qrupunun həmsədrləri – Rusiya, Fransa və ABŞ Azərbaycan və Ermənistanı oktyabrın 10-da Moskvaa əldə olunan razılaşmalara uyğun olaraq öz öhdəliklərinin tam əməl olunmasına nail olmağa çağırıb.
“Həmsədrlər Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanı 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq tərəflərin öhdəliklərinə tam əməl etmələri üçün təxirəsalınmaz addımlar atmağa çağırırlar”, - ATƏT-in saytında dərc olunan üç ölkənin birgə bəyanatında deyilir.
Sənəddə vurğulanır ki, bu cür addımlar “region üçün faciəli nəticələrin qarşısını almaq” üçün zəruridir. **