Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çərşənbə axşamı Niderland Krallığının Bakıda yeni təyin olunmuş səfiri Paulin Eizemanın etimadnaməsinin surətini qəbul edib.
“Nazir iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib və bu baxımdan mövcud potensialdan tam istifadənin zəruriliyini vurğulayıb. Həmçinin Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr təcrübəsinin davam etdirilməsi məsələsini qeyd edib”, - XİN-in məlumatında deyilir.
Bayramov Eizemana Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı və bu ərazilərdə yaşayan azərbaycanlıların etnik təmizləmə siyasəti barədə məlumat verib.
Paulin Eizema öz növbəsində, Hollandiyanın bölgədəki artan gərginlikdən narahat olduğunu qeyd edib və Amsterdamın hərbi əməliyyatların dayandırılmasına çağırdığını vurğulayıb. **