Türkiyə Dağlıq Qarabağda münaqişənin həlli məsələsi üzrə Rusiya, Azərbaycan və Ermənistanın iştirakı ilə dördtərəfli danışılqarın keçirilməsini təklif edir. Bu barədə Türkiyə televiziyası məlumat verir.
“Rusiya Ermənistanın tərəfində olduğuna görə, bizim, Türkiyənin də Azərbaycanı dəstəklədiyinə görə gəlin bu problemi həll etmək üçün dördümüz görüşək”, - Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalın televiziyanın efirində qeyd edib.
“30 ildən artıq dövr ərzində Minsk qrupu həll yolu tapmadığına görə yeni mexanizm tapmağın zamanı çatıb”, - o əlavə edib. **