Səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonunun ağır artilleriya hücumuna məruz qalması nəticəsində 6 mülki şəxs yaralanıb, bir nəfər həlak olub. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.
“Ermənistanın humanitar atəşkəslə bağlı “öhdəliyi” tamamilə riyakarlıqdır. Səhər saatlarından etibarən Tərtər şəhəri ağır artilleriya hücumuna məruz qalır. Tərtər rayonuna və onun kəndlərinə 100-dən çox top mərmisi düşüb, nəticədə 6 mülki şəxs yaralanıb, bir nəfər həlak olub”, - deyə H.Hacıyev bildirib.
“Tərtər erməni nasizminə qarşı Azərbaycanın Stalinqradıdır”, - deyə H.Hacıyev əlavə edib.*
N.Abbasova