Azərbaycan və Ermənistan Dağlıq Qarabağda atəşkəs haqqında razılaşmaya tam riayət etməlidir. Bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistan və Azərbaycanın müdafiə nazirləri David Tonoyan və Zakir Həsənovla telefon danışığı zamanı bildirib.
"Danışıqlar zamanı Şoyqu həmkarlarını Azərbaycan və Ermənistanın oktyabrın 10-da Moskvada əldə edilmiş razılaşmaya uyğun olaraq öhdəliklərini tam həcmdə yerinə yetirməyə çağırıb", - deyə RF Müdafiə Nazirliyinin məlumatında bildirilir.*