Rusiyanın hərbi müşahidəçiləri Dağlıq Qarabağda atəşkəs rejiminə nəzarəti təmin edə bilər, lakin son sözü münaqişə tərəfləri deməlidir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"İndi hələlik sülhməramlılar deyil, hərbi müşahidəçilər yetərlidir. Hesab edirik ki, bizim hərbi müşahidəçilərimiz olsaydı, bu, tamamilə doğru olardı, lakin son sözü tərəflər deməlidir", - deyə Lavrov Rusiya radiostansiyalarına müsahibəsində bildirib.
"Şübhəsiz, biz həm Yerevanda, həm də Bakıda müttəfiqlik münasibətlərimizin, strateji tərəfdaşlıq münasibətlərinin nəzərə alınacağını əsas götürürük", - deyə o əlavə edib.*