Dağlıq Qarabağda mövcud vəziyyətin siyasi yolla həlli mümkündür, bunun üçün atəşkəsə nəzarət mexanizmləri təmin edilməlidir. Bu sözləri RF XİN başçısı Sergey Lavrov deyib.
"Qəbul etdiyimiz sənəddə qeyd olunan atəşkəs mexanizmini razılaşdırmaq lazımdır", - deyə Lavrov Rusiya radiostansiyalarına müsahibəsində bildirib.
"Bu, indi dayanıqlı atəşkəsin açarıdır", - deyə o əlavə edib.
RF XİN başçısı qeyd edib ki, bu məqsədlə son günlər Bakı və Yerevandakı həmkarları ilə bir neçə dəfə təmasda olub, həmçinin 3 ölkənin müdafiə nazirləri və prezidentləri ilə də təmas qurulub.
“Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli mümkündür. Həmsədrlərin işləyib hazırladıqları təkliflər masa üzərində qalır”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, baş verən hadisələr siyasi prosesi aktivləşdirməyə kömək etməlidir.*